AccessBank 6-cı dəfə “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görüldü - FOTOLAR

14:18 | 08.07.2016
AccessBank 6-cı dəfə “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görüldü - FOTOLAR

AccessBank 6-cı dəfə “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görüldü - FOTOLAR

Nüfuzlu maliyyə nəşri "Euromoney” növbəti dəfə AccessBank-ı "Azərbaycanın ən yaxşı Bankı” adına layiq görüb.  

6 iyul 2016-cı il tarixində AccessBank nüfuzlu beynəlxalq maliyyə nəşri Euromoney tərəfindən Londonda keçirilən "2016-cı il üzrə ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. 2010-cu ildən etibarən artıq altıncı dəfədir ki, Bank bu nominasiyada mükafat qazanır.
 
AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffman bu təltifatı alqışlayaraq deyib: «Biz Euromoney kimi nüfuzlu maliyyə təşkilatı tərəfindən nailiyyətlərimizin tanınması ilə fəxr edirik. Bu mükafat təsdiq edir ki, AccessBank davamlı olaraq öz müştəriləri üçün güclü, sabit və etibarlı tərəfdaş olaraq qalır, bu isə, hazırki mürəkkəb iqtisadi şəraitdə xüsusilə önəmlidir. Bu, ölkənin hər yerində minlərlə müştəriyə yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışan əməkdaşlarımızın öz işinə sədaqətinin və gərgin əməyinin göstəricisidir». 
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM