Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda yeni yol hissələri salındı - FOTOLAR

18:21 | 15.09.2016
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda yeni yol hissələri salındı - FOTOLAR

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda yeni yol hissələri salındı - FOTOLAR

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə yeni yol hissələri salınıb.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən ərazidə Bakı istiqamətinə hərəkətdə olan avtonəqliyyat vasitələrinin geri dönməsi üçün 14 metr uzunluğunda və 9 metr enində, əks istiqamətdən gələn avtonəqliyyat vasitələri üçün isə 87 metr uzunluğunda və 6 metr enində yol hissələri inşa edilib.

Yeni yol hissələrinə avtonəqliyyat vasitələrinin rahat giriş-çıxışı üçün hər bir istiqamət üzrə yeni hərəkət zolağı salınıb.

Ümumilikdə 5 min kvadratmetrdən çox sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı yeni hərəkət zolaqlarının kənarlarında 1,5 metr enində çiyinlər də yaradılıb. Bundan başqa suların kənarlaşdırılması üçün 20 metr uzunluğunda 2 ədəd suötürücü borular inşa edilib.

Tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol ayrıcına yeni əyri xətli dəmir tirlər quraşdırılıb, hərəkətin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi xətlərinin və yol-göstərici xətlərinin çəkilişi işləri aparılıb.
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM