Bakıda yeni metro stansiyası tikilir – FOTOLAR

20:02 | 21.09.2016
Bakıda yeni metro stansiyası tikilir – FOTOLAR

Bakıda yeni metro stansiyası tikilir – FOTOLAR

Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə təsdiqlənən Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına əsasən Metropolitenin mövcud Yaşıl xəttinin ("Şah İsmayıl Xətai” – "Dərnəgül” stansiyalarını birləşdirən) genişlənməsi gözlənilir.

Bu barədə AZƏRTAC-a "Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən bildirilib.

"Şah İsmayıl Xətai” stansiyasından tikilməkdə olan "Həzi Aslanov 2” stansiyasına qədər Nobel prospekti boyunca 3 yeni stansiya tikiləcək. Stansiyaların şərti adları Y-14, Y-15, Y-16-dır. Bu stansiyalardan biri "Bakı Ağ Şəhər” layihəsinin ərazisində planlaşdırılıb.

Hazırda Neft Emalı Zavodunun qarşısında Y-15 stansiyasında tunel qazma maşınları üçün start kamerası hazırlanır.

Yaşıl xəttə əlavə olunan stansiyalar bu xətti dairəvi edəcək.
 
 














www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb