“Rahat” marketlər şəbəkəsi endirimlər aksiyasına başlayıb - FOTOLAR

17:02 | 12.09.2016
“Rahat” marketlər şəbəkəsi endirimlər aksiyasına başlayıb  - FOTOLAR

“Rahat” marketlər şəbəkəsi endirimlər aksiyasına başlayıb - FOTOLAR

Azərbaycanın ən böyük marketlər şəbəkəsindən biri olan "Rahat” Qurban bayramı münasibəti ilə Azərbaycan xalqıni ürəkdən təbrik edir və bununla əlaqədər bir sıra aksiyalara başlayır.

"Qurbanınızı "Rahat”dan alın” adı altında keçiriləcək aksiyada məqsəd insanları daha ucuz qiymətə qurbanlıq heyvan ilə təmin etmək, həmçinin heyvanların kəsilməsində onlara yardım etməkdir.

Qurban bayramı günləri -  sentyabrın 12-si və 13-də keçiriləcək aksiya zamanı marketlər şəbəkəsinin dörd filialında qurbanlıq heyvanların satışı təşkil olunacaq və diri quzunun kiloqramı 3,99 AZN-ə satılacaq. Qeyd edək ki, heyvanların kəsimi pulsuzdur.

Aksiya zamanı bütün ehtiyacı olanlar üçün ödənişsiz çörək paylanılacaq və bu aksiya "Rahat”ın bütün market filiallarında keçirilir.

Bununla yanaşı, aksiyadan əlavə olaraq adı çəkilən marketlər şəbəkəsi uzunmüddətli bir dövr üçün meyvə-tərəvəzə ciddi endirimlər təklif edir.
Qurbanlıq heyvanların satışı və kəsimi "Rahat” marketin aşağıdakı filiallarında təşkil olunacaq:

Mərdəkan ş-si, Qala küç., 15
Sabunçu r-nu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi 12
Sumqayıt şossesi 3-cü km (Lukoil YDM-nin yanı)
Mingəçevir şəhəri M.Maqomayev 16/1

Yaxın gələcəkdə "Rahat” marketlərdə "Xalq günü” adlı daha bir aksiya nəzərdə tutulub. Aksiya çərçivəsində hər həftənin bir günü müştərilərinin məmnuniyyətini artırmaq məqsədi ilə geniş məhsul çeşidinə çox böyük endirimlər elan olunacaq. Bu cür aksiyalar mütəmadi və uzunmüddətli xarakter daşıyacaq. Aksiya ilə bağlı məlumat verən şirkət rəsmisi bildirib ki, "bizim məqsədimiz daim müştərilərimizin yanında olmağımızı göstərməkdir və bu, bizim üçün ən prioritet məsələlərdən biridir”.

Ətraflı məlumat üçün *5551 qaynar xəttinə zəng edə və ya "Rahat”ın facebook səhifəsinə müraciət etmək olar.
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb