AccessBank kiçik və orta biznesin maliyyələşdirilməsi üçün QDTİB-dən 17 milyon ABŞ dolları cəlb edib

14:32 | 13.07.2016
AccessBank kiçik və orta biznesin maliyyələşdirilməsi üçün QDTİB-dən 17 milyon ABŞ dolları cəlb edib

AccessBank kiçik və orta biznesin maliyyələşdirilməsi üçün QDTİB-dən 17 milyon ABŞ dolları cəlb edib

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda kiçik və orta biznesin inkişafını dəstəkləmək üçün AccessBank-a 17 milyon ABŞ dolları dəyərində kredit ayırıb. 

"Biz Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi mühüm səhmdarımızın və, eyni zamanda, uzunmüddətli tərəfdaşımızın dəstəyini yüksək qiymətləndiririk. Hazırkı mürəkkəb iqtisadi şəraitdə bu addım QDTİB tərəfindən bankımıza olan inam və etimadın mühüm göstəricisidir. Həmçinin,  bu bir daha təsdiq edir ki, AccessBank öz səhmdarları tərəfindən tam dəstəklənir. Cəlb olunan vəsait Bankın kiçik və orta bizneslə məşğul olan müştərilərinə ayrılacaq. Həmin KOB müştərilərin böyük hissəsi ölkənin regionlarında fəaliyyət göstərir və, beləliklə, QDTİB-dən cəlb olunan vəsait regional iqtisadiyyatın inkişafının artırılmasına təkan verəcək”, - AccessBank adından İdarə Heyətinin sədri Michael Hoffmann bu sazişi şərh edib. 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb