ADGTT-da tamaşalar paradı - FOTOLAR

17:40 | 15.11.2016
ADGTT-da tamaşalar paradı - FOTOLAR

ADGTT-da tamaşalar paradı - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı məktəblilərin növbəti payız tətili günlərinin maraqlı və yaddaqalan keçməsi üçün yeni və bir-birindən rəngarəng repertuar planı təsdiq edib. 

Belə ki, noyabr ayının 15-dən – 21-dək – 5 gün ərzində məktəbli dostlarımız 20-dən çox müxtəlif janrlı tamaşa izləmək imkanı əldə edəcəklər. 

Noyabr ayının 15-də Dilsuzun "Əlincə qalası” (saat 12.00, 14.00, 16.00), noyabr ayının 16-da S.S.Axundov və A.Şaiqin "Qaraca qız” (saat 10.00, 12.00, 14.00, 16.00), noyabr ayının 17-də P.Nurəliyevanın "Dəcəl keçi” (saat 10.00, 12.00, 14.00, 16.00), ayın 18-də A.Tolstoyun "Buratinonun macəraları” (saat 10.00, 12.00, 14.00, 16.00), ayın 19-da A.Lindqrenin "Balaca və damda yaşayan Karlson” (saat 10.00, 12.00, 14.00, 16.00) tamaşaları nümayiş etdiriləcək. Noyabr ayının 20-də isə teatrın repertuarına yenicə daxil edilməyinə baxmayaraq çox böyük tamaşaçı marağına səbəb olan A.Lindqrenin "Uzuncorab Pippi” (saat 10.00, 12.00, 14.00, 16.00) tamaşasının növbəti premyerası baş tutacaq.

Tətil günlərini səmərəli keçirmək istəyən bütün məktəbli dostlarımızı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət edirik. 
 
















 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb