ADNSU-nun 71 müəlliminə əlavə maaş veriləcək

23:12 | 05.01.2017
ADNSU-nun 71 müəlliminə əlavə maaş veriləcək

ADNSU-nun 71 müəlliminə əlavə maaş veriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının 5 iyul 2016-cı il tarixində təsdiq etdiyi "ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat”a uyğun olaraq, universitetdə yaradılan müvafiq komissiyada əlavə maaşların hesablanması ilə bağlı təqdim olunan sənədlərə baxılıb.

ADNSU-dan "Report”a verilnə məlumata görə, komisiyanın qərarına əsasən Geoloji-kəşfiyyat fakültəsindən (GKF) 6, Qaz-neft mədən fakültəsindən (QNMF) 7, Kimya-texnologiya fakültəsindən (KTF) 17, Neft-mexanika fakültəsindən (NMF) 9, Energetika fakültəsindən (EF) 3, İqtisadiyyat və Menecment fakültəsindən (İMF) 4, İnformasiya texnologiyaları və İdarəetmə fakültəsindən (İTİF) 17 və digərlərindən 8 nəfər olmaqla, ümumilikdə 71 nəfərin işi məlum kateqoriyalar üzrə qoyulan bal limitini keçərək əlavə əmək haqlarının artırılması üçün təqdim olunub. 

Qərarla bağlı apelyasiyaya vermək istəyənlər fakültələr üzrə aşağıda göstərilən tarixdə 229-cu otağa müraciət edə bilərlər:

9 yanvar – İMF, EF
10 yanvar – GKF, QNMF
11 yanvar – KTF və digərləri
12 yanvar – NMF, İTİF

"ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat”la bağlı yekun iclas yanvarın 13-də saat 15:00-da ADNSU-nun rektoru Mustafa Babanlının iştirakı ilə keçiriləcək.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb