ADU-da “Qardaşlıq körpüsü” adlı tədbir keçirildi - FOTO

22:40 | 27.05.2016
ADU-da “Qardaşlıq körpüsü” adlı tədbir keçirildi - FOTO

ADU-da “Qardaşlıq körpüsü” adlı tədbir keçirildi - FOTO

Mayın 27-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin "Yazarlar” klubunun təşkilatçılığı ilə "Qardaşlıq körpüsü” adlı tədbir keçirildi.
 
Azərbaycanda keçirilən Avrasiya Sənət Kültür Ədəbiyyat Fedrasiyasının (ASKEF) simpoziumunda iştirak etmək  üçün ölkəmizə dəvət olunan qonaqların iştiraki ilə keçirilən tədbirin əsas məqsədi Azərbaycanla Türkiyənin qardaşlıq əlaqələrini, ədəbiyyat bağlarını ön plana çəkmək idi.

İlk olaraq universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirdi. O, qonaqlara universitetin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və tələbə təşkilatları haqqında dolğun məlumat verdi.
 
ADU və Türkiyənin Hacəttəpə Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi haqqında danışan professor eyni zamanda ADU-da 6000-dən çox tələbənin təhsil aldığını, 22 dilin tədris olunduğunu qonağların diqqətinə çatdırdı. Bundan başqa, universitetdə fəaliyyət göstərən İnformasiya Resurs Kompleksi haqqında məlumat verən D.Yunusov buranın nəinki universitet tələbələrinə, eyni zamanda hər kəsə açıq olduğunu sözlərinə əlavə etdi. O, kompleksdə digər mərkəzlərlə yanaşı, Türk xalqlarının folklor mərkəzinin də fəaliyyətindən danışdı. 

ASKEF-in sədri Savaş Ünal və universitetin "Yazarlar” klubunun sədri Kamran Abbaszadənin aparıcılıq etdiyi tədbirdə adıçəkilən simpoziumda iştirak edən ölkələrin yazıçıları da çıxış etdilər və şeirlərindən səsləndirdilər. 

 Tədbir çərçivəsində "Bir millət iki dövlət” devizi altında Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən videoçarx nümayiş olundu, universitet tələbələrinin ifasında mahnılar və şeirlər səsləndi.

Sonda öz fikirlərini bildirən Qarabağ qaziləri tədbiri yüksək qiymətləndirdilər və unversitetin tələbələrinə uğurlar arzuladılar.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb