AFFA Dağlıq Qarabağdakı qondarma tədbirə etiraz etdi

15:50 | 27.03.2014
AFFA Dağlıq Qarabağdakı qondarma tədbirə etiraz etdi

AFFA Dağlıq Qarabağdakı qondarma tədbirə etiraz etdi

İşğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının təşkilatçılığı ilə məşqçi kursu keçirilir. 

ANN.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Azərbaycan Futbol Federasiyası qarşı tərəfə etirazını bildirib və UEFA-ya məlumat verib.

UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nın Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını  ifadə edib. 

E.Məmmədov həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə də görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.

Xatırladaq ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb