AFFA “Şəfa”nın satış qiymətini açıqladı

18:17 | 10.04.2014
AFFA “Şəfa”nın satış qiymətini açıqladı

AFFA “Şəfa”nın satış qiymətini açıqladı

“Şəfa” stadionunun satış məbləği ƏDV xaric 4 milyon 250 min manatdır. ANN.Az Marja-ya istinadən xəbər verir ki, bu sözləri “Het-trik news” qəzetinə müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.Assosiasiya rəsmisi “İnter”-in pulu hələ ödəyib qurtarmadığını bildirib:“Satış hələ tam başa çatmayıb. Daha dəqiq, stadion AFFA-nın balansından klubun balansına tam keçməyib. Bu proses hələ davam edir. Klub məbləğin 50 faizini ödəyib və tam ödənişdən sonra “Şəfa” onların balansına keçəcək.Bir məqamı da qeyd edim - “Şəfa” stadionunu satarkən məbləğdə “İnter” klubuna müəyyən güzəştlər etmişik. Bunun da səbəbi odur ki, klub neçə il idi ki, bütün kompleks üçün aylıq 20 min manat icarə haqqı ödəyirdi.Digər tərəfdən klubun “Şəfa”nı futbol məqsədləri üçün istifadə etməsini də diqqətdən qaçırmamışıq. “Şəfa”nın satılması prosesi tam başa çatmadığından əldə olunan məbləğ son maliyyə hesabatında göstərilməyib və xüsusi bəndlə işarə olunub. Məbləğ tam ödənildikdən sonra AFFA-nın növbəti hesabatında gəlir kimi öz əksini tapacaq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM