Afrikada "DÇ-2018"in püşkü atıldı

09:17 | 25.06.2016
Afrikada

Afrikada "DÇ-2018"in püşkü atıldı

"DÇ-2018"in seçmə mərhələsinin Afrika zonası üzrə püşkü atılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, püşkatma mərasimində 20 yığma iştirak edib.

Beş qrupda mübarizə aparacaq 20 komandadan yalnız 5-i 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək. Bu isə o deməkdir ki, yalnız qrup qalibləri mundial üçün Rusiyaya yollanacaq.

Qeyd edək ki, ən gərgin mübarizənin B qrupunda gedəcəyi gözlənilir. Əlcəzair, Kamerun və Nigeriya kimi Afrika nəhənglərindən yalnız biri dünya çempionatının final mərhələsində oynayacaq.

A qrupu: Konqo DR, Qvineya, Liviya, Tunis

B qrupu: Əlcəzair, Kamerun, Nigeriya, Zamibiya

C qrupu: Qabon, Fil Dişi Sahili, Mali, Mərakeş

D qrupu: Burkina Faso, Kape Verde adaları, Seneqal, CAR

E qrupu: Konqo, Qana, Misir, Uqanda

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb