AÇG və BTC-nin səhmdarı İranın iri qaz yatağına 11 mlrd. dollar yatırır

15:00 | 03.07.2017
AÇG və BTC-nin səhmdarı İranın iri qaz yatağına 11 mlrd. dollar yatırır

AÇG və BTC-nin səhmdarı İranın iri qaz yatağına 11 mlrd. dollar yatırır

Hindistanın "ONGC Videsh" korporasiyası İranda yerləşən "Farzad-B" qaz yatağının işlənməsinə və "mavi yanacağ"ın nəqli ilə bağlı infrastrukturun yaradılmasına 11 mlrd. dollar yatırmağa hazırdır.
 
"APA-Economics" xəbər verir ki, bu barədə korporasiyanın baş direktoru Narendra Verma bildirib.
 
Onun sözlərinə görə, şirkət İran tərəfinin cavabını gözləyir: "Biz İran tərəfinə ən yaxşı təklifi vermişik. Hazırda onlardan cavab gözləyirik".
 
N. Verma əlavə edib ki, "ONGC Videsh" yatağın genişləndirilməsinə və işlənməsinə 6 mlrd. dollar, qaz nəqli üçün infrastrukturun yaradılmasına isə 5 mlrd. dollar yatırmağa hazırdır. "Hindistan tərəfi hasil olunan qazın hamısını ala bilər", - deyə baş direktor qeyd edib.
 
Qeyd edək ki, "ONGC Videsh" Azəri-Çıraq-Günəşli layihəsində 2,72%, Bakı-Tbilisi-Ceyhan layihəsində 2,36% paya malikdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM