Aİ Qazpromdan 20 milyard dollar tələb edir

15:36 | 18.09.2024
Aİ Qazpromdan 20 milyard dollar tələb edir

Aİ Qazpromdan 20 milyard dollar tələb edir

Avropa çatdırılmamış qaza görə Qazpromdan 20 milyard dollardan çox tələb edib. Bu  barədə Reuters agentliyi yazıb.
 
Aİ-nin 11 ölkəsindən ən azı 19 şirkət qaz müqavilələrinin pozulması ilə bağlı Rusiyanın qaz monopoliyasına qarşı iddia qaldırıb, onların ümumi məbləği 18,6 milyard avroya və ya 20,6 milyard dollara çatıb. 

Onlardan ən böyüyü - 13 milyard avroya - keçmişdə "Qazprom"un Almaniyadakı əsas müştərisi və "Şimal axını 2" layihəsinin ortaq sərmayəçisi olan Almaniyanın "Uniper" konserni tərəfindən təqdim edilib.
 
Rusiyadan ildə 20 milyard kubmetr qaz alan şirkət Rusiya tədarükünün dayandırılmasından çox milyard dollarlıq itkilərin ödənilməsini tələb edib.

2024-cü ilin iyununda Stokholm Arbitraj Məhkəməsi onun iddiasını tam təmin edib.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM