Aİ Rusiyadakı səfirini geri çağırır

10:15 | 23.03.2018
Aİ Rusiyadakı səfirini geri çağırır

Aİ Rusiyadakı səfirini geri çağırır

Avropa İttifaqı "Skripalın işi” ilə əlaqədar Rusiyadakı səfirini geri çağırmağı qərara alıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə sammitdən sonra İsveçin baş naziri Stefan Leven bildirib.   

"Aİ-nin Rusiyadakı səfirini geri çağırmağı qərara aldıq”, - deyə Aİ Şurasının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.

Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb