Aİ Şurası 2 il müddətinə Ermənistan sərhəddinə missiya göndərməklə bağlı qərar verib

16:31 | 20.02.2023
Aİ Şurası 2 il müddətinə Ermənistan sərhəddinə missiya göndərməklə bağlı qərar verib

Aİ Şurası 2 il müddətinə Ermənistan sərhəddinə missiya göndərməklə bağlı qərar verib

Avropa İttifaqı Şurası bu gün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Aİ-nin Ermənistanda mülki missiyasının (EUMA) fəaliyyətinə başlayıb. Bu barədə Ermənistan mətbuatı xəbər verib. 

Sərhədyanı ərazilərdə vəziyyətin sabitləşməsinə kömək etmək üçün 2023-cü il yanvarın 23-də Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində iki illik EUMA missiyasının yerləşdirilməsi qərar qəbul edilib.
 
Bildirilib ki, bu Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verərək, münaqişədən təsirlənmiş ərazilərdə insanların etimadı və təhlükəsizliyini gücləndirmək və şərait təmin etmək üçündür.

Mülki heyətinin ümumi sayı təxminən 100 nəfərdir.

Missiyanın operativ qərargahı Yeqqnadzorda (Ermənistanın Vayots Dzor rayonu) yerləşəcək. EEAS (Avropa Xarici Fəal Xidməti) Mülki Planlaşdırma və Davranış üzrə İdarəetmə Direktoru (CPCC) Stefano Tomat Mülki Əməliyyatlar Komandanı, Markus Ritter Aİɰ Missiyasının rəhbəridir.

Bundan əvvəl, 2022-ci ilin payızında - 20 oktyabr - 19 dekabr 2022-ci il tarixlərində Avropa İttifaqının (EUMCAP) monitorinq missiyası Ermənistanda işləyib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb