Aktyor peyğəmbəri təhqir etdi – Qalmaqal

19:54 | 31.10.2014
Aktyor peyğəmbəri təhqir etdi – Qalmaqal

Aktyor peyğəmbəri təhqir etdi – Qalmaqal

Musa  peyğəmbərin həyatından bəhs edən “Exodus: God's and Kings” adlı filmin baş rol oyunçusu, məşhur aktyor Kristian Beyl canlandırdığı obraz haqqında qalmaqal yaradacaq açıqlamalar verib. 

İngilis aktyor bu günlərdə verdiyi bir müsahibədə canlandırdığı Həzrəti Musa obrazı haqqında “Deyəsən, şizofrenik və olduqca vəhşi bir adam olub” – deyib. Musa peyğəmbərin barbar və şizofrenik bir obraz olduğunu deyən Beylə ilk reaksiya amerikalı yazıçı Brayan Qodavadan gəlib: “Ümid edirəm, bu açıqlama filmin deyil, Beylin cəhalətindən qaynaqlanır”. Keçirilən sorğuya görə, amerikalıların 74 faizi ssenarisinin İncildə yazılanlarla üst-üstə düşəcəyi təqdirdə filmə baxmağa gedəcəklərini bildirib. Məşhur rejissor Ridli Skottun çəkdiyi filmdə Kristian Beyl ilə yanaşı, Coel Edqerton, Ben Kinqsli, Aaron Pol və başqa tanınmış aktyorlar oynayır. 142 dəqiqəlik film dekabrın 12-si vizyona girəcək. 

Kult.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb