Ali Radada suxari davası – VİDEO

16:41 | 23.09.2016
Ali Radada suxari davası – VİDEO

Ali Radada suxari davası – VİDEO

"112 Ukrayna” telekanalı Ukrayna Ali Radasında yeni davanın videosunu yayıb.
 
Publika.az xəbər verir ki, dava "Pyotr Poroşenkonun Bloku”nun nümayəndəsi Aleksey Qonçarenko ilə "Müxalifət bloku”nun üzvü Nikolay Skorik arasında baş verib.
 
Dava Qonçarenkonun Nikolay Skorikanın yerinə qurudulmuş çörək (suxari) olan paketi qoyması ilə baş verib. Skorikanın silahdaşları - Vasiliy Nimçenko, Yuri Moroko, İvan Mirnıy prezident fraksiyasının nümayəndəsini "Müxalifət bloku” sektorundan çıxarıblar. Davanın gedişatında paket cırılıb.
 
Pyotr Poroşenkonun Bloku”nun nümayəndəsi bununla da Nikolay Skorikin qanunla bağlı problemlərinə işarə edib. 22 sentyabrda Ukraynanın baş prokuroru Yuri Lusenko bildirib ki, "Müxalifət bloku” sentyabrın sonuna kimi Ali Radaya deputat toxunulmazlığı haqqında qanun layihəsini təqdim etmək niyyətindədir. Lusenkonun sözlərinə görə, Skorik 2014-cü ilin mayında Odessada baş vermiş kütləvi qarışıqlıqlarda iştirakda şübhəli bilinir.
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM