Almaniya kürdləri silahlandırır

09:37 | 01.10.2014
Almaniya kürdləri silahlandırır

Almaniya kürdləri silahlandırır

Almaniyadan kürdlərə silah-sursat yardımı edildi. ANS PRESS-in verdiyi məlumata görə, peşmərgə qüvvələrinə dəstək məqsədilə göndərilən silah-sursatın birinci partiyası İraqın Ərbil şəhərinə çatıb. Almaniyanın "Der Spiegel' qəzetinin yazdığına görə, Şimali İraqdakı kürdlərə ilk mərhələdə 70 milyon avro dəyərində silah-sursat təchizatı göndərilib. Bu təchizatın 4000 ədəd G3 avtomatından, 4000 ədəd P1 tapançasından, 20 ədəd "Milan" tank-əleyhinə raket kompleksindən, 120 ədəd tank-əleyhinə qumbaraatandan, 50 siqnal tapançasından və 20 ədəd MG3 pulemyotundan ibarət olduğu bildirilir. Ərbilə çatdırılan silah-sursat 10 minə yaxın kürdün silahlandırılmasına imkan verəcək. Daha əvvəl Almaniyanın İraqa 40 hərbi paraşütçü göndərəcəyi açıqlanmışdı. Alman hərbçilər kürd həmkarlarını işid döyüşçülərinə qarşı mübarizədə alman silahlarından istifadə qaydalarını öyrədəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb