Almaniya səfiri yenidən İran XİN-ə çağırılıb

15:18 | 28.11.2022
Almaniya səfiri yenidən İran XİN-ə çağırılıb

Almaniya səfiri yenidən İran XİN-ə çağırılıb

Almaniyanın Tehrandakı səfiri Hans Udo Motsel İran Xarici İşlər Nazirliyinə çağrılıb.. Bu barədə Azad İran telegram kanalında məlumat verilib.

Səfir Almaniya hökumətinin İrandakı etirazlarla bağlı bəyanatlar yaymasından sonra İran XİN-ə çağırılıb. Ona İran hökumətinin rəsmi etiraz notası təqdim olunub.

Bununla yanaşı, Almaniya səfirinə İnsan Haqları Şurasının növbədənkənar iclasının son qətnaməsinin qəbulunda Almaniya hökumətinin rolu tənqid edilib.

Səfirə bildirilib ki, İran bu qətnamə əsasında hazırlanan hər hansı bir mexanizmlə əməkdaşlıq etməyəcək.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb