Almaniya Türkiyənin “İncirlik” aviabazasına sərmayə yatıracaq

20:34 | 06.09.2016
Almaniya Türkiyənin “İncirlik” aviabazasına sərmayə yatıracaq

Almaniya Türkiyənin “İncirlik” aviabazasına sərmayə yatıracaq

Almaniya hökuməti Türkiyənin "İncirlik” aviabazasına 58 mln. avro sərmayə yatıracaq.
 
APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə "Der Spiegel”ə  Almaniyanın Müdafiə Nazirliyindən  bildirilib.  
 
Məlumata görə, qeyd olunan məbləğ  Almaniyanın "Tornado” çoxməqsədli qırıcı təyyarələri üçün aerodromun, hərbçilərin yerləşdirilməsi üçün obyektlərin tikintisinə və müasir səyyar komanda məntəqəsinin yaradılmasına yönələcək.  
 
Nəşr Almaniya hərbçiləri üçün sərmayənin ayrılmasını zəruri olduğunu qeyd edir. Belə ki, Bundesver ilin əvvəlindən start götürmüş missiya dövründə təyyarələrini ABŞ kontingentinə məxsus meydançalarda, hərbçilərini isə müvəqqəti kazarmalarda yerləşdirib. Bundan başqa, Almaniya təyyarələri kəşfiyyat uçuşları zamanı müttəfiqlərin texniki dəstəyindən yararlanıb.      
Nəşr qeyd edir ki, bu addım Bundesverin Türkiyədəki missiyasını davam etdirmək niyyətində olduğunu təsdiqləyir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb