Alp dağlarında milyarder itkin düşüb

09:19 | 11.04.2018
Alp dağlarında milyarder itkin düşüb

Alp dağlarında milyarder itkin düşüb

Alp dağlarında OBI tikinti mağazalar şəbəkəsinə daxil Almaniyanın "Tengelmann Group” holdinqinin rəhbəri Karl-Erivan Xaub itkin düşüb.

Anews.az-ın xəbərinə görə, bu barədə "Spiegel” nəşri yazır.

Qeyd edilir ki, 58 yaşlı xizək həvəskarını İsverçə-İtaliya sərhədində Klyayn-Matterhorn dağının ətəyində görüblər. O, şənbə günü, aprelin 7-dən əlaqəyə çıxmır. Xaubun ailəsi onun axtarış;na böyük məbləğdə vəsait ayırıb, lakin xilasedicilərin işini hava şəraiti çətinləşdirir.

"Tengelmann Group” 30 milyard dollarlıq 73 investisiyaya malikdir. Holdiqnin 215 000 əməkdaşı var. Karl-Erivan Xaub 2000-ci ildən şirkətə rəhbərlik edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb