AMEA-da fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilir

17:31 | 21.06.2016
AMEA-da  fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilir

AMEA-da fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin doktorant və dissertantlarının fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilir. 

Fəlsəfə fənnindən qəbul və doktorluq imtahanları AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 11 may 2016-cı il tarixli "Yaz imtahanlarının keçirilməsi haqqında” sərəncamına əsasən AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində akademiya üzrə mərkəzləşdirilmiş qaydada, test texnologiyaları əsasında keçirilir. İki gün davam edəcək imtahanlarda 143 doktorant və dissertant iştirak edəcək.

İmtahanların qəbul edilməsi məqsədilə yaradılmış komissiyanın sədri AMEA-nın  müxbir üzvü, BDU-nun Psixologiya kafedrasının müdiri Bəxtiyar Əliyev, üzvləri – AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Əbülhəsən Abbasov, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəhbəri, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov və BDU-nun Fəlsəfə kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Fərman İsmayılov imtahanın gedişatı ilə tanış olublar.

Şəffaflığın təmin olunması məqsədilə imtahan prosesinə video-müşahidə sistemi vasitəsilə nəzarət edilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM