Ana məhkum oğluna bayram sovqatı apardı - içərisindən heroin çıxdı

12:17 | 03.01.2019
Ana məhkum oğluna bayram sovqatı apardı - içərisindən heroin çıxdı

Ana məhkum oğluna bayram sovqatı apardı - içərisindən heroin çıxdı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Anews.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Qurbanov Ramil Elyas oğlunun yanına qısamüddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Qurbanova Havayət Hacıdədə qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman başmağın daban hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 0,390 qram "Heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM