"Anamı öldürmüşəm, başqasını yox" - 12 yaşlı uşaqdan qətl

09:07 | 12.12.2018

"Anamı öldürmüşəm, başqasını yox" - 12 yaşlı uşaqdan qətl

12 yaşlı uşaq anasını qətlə yetirib.

Çində 12 yaşlı uşaq anasını onu döydüyünə görə öldürüb.

Çinin Hunan vilayətində yaşayan 12 yaşlı Wu Bing mətbəx bıçağı ilə anasını öldürdükdən sonra məktəbə zəng edərək anasının səsini təqlid edib. "Oğlum xəstələnib, dərsə gedə bilmir" deyən uşaq müəllimindən icazə alıb.

Səhəri gün uşağın babası evə gəldikdə mənzildən qızının qan içində qalan cəsədini tapıb.

Uşaq saxlanılıb. Onun soyuqqanlı davranışı diqqət çəkib. Belə ki, uşaq əmisinin "ananı öldürməklə çox böyük səhv etmisən, bilirsən?" sualına "anamı öldürmüşəm, başqasını yox" deyə, cavab verib.

Qeyd edək ki, anası onu siqaret çəkdiyinə görə döyüb.

milli.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb