Ançelottidən yeni rekord

22:01 | 04.02.2014
Ançelottidən yeni rekord

Ançelottidən yeni rekord

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti yeni rekorda imza atıb.Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, La Liqanın son turunda səfərdə "Atletik" (Bilbao) klubu ilə 1:1 bərabərə qalan italiyalı mütəxəssisin komandası məğlubiyyətsizlik seriyasını 21-ə yüksəldib. Sonuncu dəfə ötən il oktyabrın 30-da uduzan "Real" klubu həmin gündən etibarən məğlubiyyət acısı yaşamayıb. Bununla da, Ançelotti "Milan"dakı rekordunu geridə qoyub.Qeyd edək ki, təcrübəli mütəxəssis "Milan"ı çalışdırdığı dönəmdə 18 oyunluq məğlubiyyətsizlik seriyası ilə yadda qalmışdı. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM