Ankarada daha 49 nəfər həbs edilib

09:12 | 23.08.2016
Ankarada daha 49 nəfər həbs edilib

Ankarada daha 49 nəfər həbs edilib

Türkiyənin paytaxtı Ankara şəhərində Fətullahçı terror təşkilatı FETÖ-nün dövlət çevrilişinə cəhdi ilə bağlı aparılan istintaq prosesi çərçivəsində şübhəli şəxs kimi saxlanılmış 10 hərbi hakim və prokurordan 8-i həbs edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankara Cümhuriyyəti Baş Prokurorluğunun təlimatı ilə nəzarət altına alınmış şübhəlilərin işi məhkəməyə göndərilib.

Cümhuriyyət prokurorlarına ifadə verən şəxslərin 8-i barədə məhkəmə həbs qərarı çıxarıb.

"Habertürk"ün isə məlumatına görə, Ankara Cümhuriyyəti Baş Prokurorluğunun FETÖ-nün dövlət çevrilişinə cəhdi ilə bağlı istintaqı zamanı saxlanılan, aralarında hərbçi, həkim, müəllim, "TRT-də çalışanların da olduğu 50 nəfərdən 49-u həbs edilib. 

Həbs edilənlər Sincan Cəzaçəkmə müəssisəsinə göndərilib, 1 nəfər isə şərti azadlığa buraxılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb