Antiradardan istifadə edənlər yüksək məbləğdə cərimələnəcəklər - VİDEO

10:56 | 03.02.2017
Antiradardan istifadə edənlər yüksək məbləğdə cərimələnəcəklər - VİDEO

Antiradardan istifadə edənlər yüksək məbləğdə cərimələnəcəklər - VİDEO

Bəzi saytlarda vətəndaşlar tərəfindən antiradar və radar detektorlarının satışı barədə elan yerləşdirilib.

ANN.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, antiradar və radar detektorlarından istifadə edən sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, hər iki cihaz qanunla qadağan olunub.

Kamran Əliyev deyib ki, antiradarlar radarların işinə mane olduğuna, radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Çünki sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb