"Apple" bu mağazalarını bağlayır

10:48 | 25.10.2016

"Apple" bu mağazalarını bağlayır

"Apple" ilk ağıllı saatı Watch-u 2015-ci ildə bazara çıxarması ilə birlikdə saatın xüsusi və lüks dizayn versiyalarını da hazırlamışdı. Bu tərz lüks və xüsusi dizayn cizgisindəki modellərini satmaq üçün dünyanın fərqli bölgələrində özəl səyyar mağazalar açan şirkətin bu mağazalarından biri də Parisdəki məşhur ticarət mərkəzi Lafayette də açılmışdı. Digər mağazalar isə London və Tokioda açıldı.

ANN.Az technote.az-a istinadən bildirir ki, ancaq "Apple"ın, istədiyini əldə edə bilmədiyi üçünmü, yoxsa başqa bir səbəbdənmi bilinmir, bu mağazaları bağlamaq qərarı aldığı açıqlandı. "Apple" bu mağazalarda gedən pis satışları səbəb göstərərkən, bu tərzdə lüks məkanlardakı icarə haqqlarının da qiymətinin çox böyük olduğunu diqqətinizə çatdırmaq istəyirik ki, bunun da bu qərarda təsiri ola bilər. "Apple" bu mağazalarda işləyən əməkdaşlarını isə işdən çıxartmayacaq və müvafiq şəhərlərdəki digər "Apple Store"larına transfer edəcək. Beləcə "Apple" bu mağazaları bağlayarkən hər hansı bir işdən çıxartma problemi yaşanmayacaq.

Bildiyiniz kimi "Apple"ın bəzi xüsusi seriya saatları on minlərlə dollara satıla bilir. Bu cür bahalı "Apple Watch"lara maraq yüksək olmadığı üçün mağazalar varlıq mənalarını itirmiş kimi görünür. "Apple"ın Lafayette-dəki mağazasını 2017-ci ilin Yanvar ayında bağlaması gözlənilir. Beləcə "Apple", yeni il və hədiyyə satışları dövründə artan satışlarında reallaşmasını gözləyəcək və yeni ilin ilk həftələrində sadəcə Apple Watch satdığı bu mağazaların qapısına kilid vuracaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb