“Apple” “iPad Pro”nun yeni versiyasını hazırlayır

14:50 | 16.08.2016
“Apple” “iPad Pro”nun yeni versiyasını hazırlayır

“Apple” “iPad Pro”nun yeni versiyasını hazırlayır

"KGI Securities” şirkətinin analitiki, istehsalçıların tədarük zənciri ilə əlaqələrinə görə tanınan Minq-Çi Kuo "iPad” planşetləri xəttinin inkişafı istiqamətində "Apple” şirkətinin planlarına dair öz fərziyyələrini bölüşüb.

ANN.Az Azərtac-a istinadən xəbər verir ki, Minq-Çi Kuonun fikrincə, "Apple” şirkəti 2017-ci ildə "iPad Pro”nun displeyinin diaqonalı 10,5 düym olan yeni versiyasını təqdim etməyi planlaşdırır. Bu, ölçüsü 12,9 düym "iPad Pro 2”ni və "büdcəyə uyğun” 9,7 düym "iPad”i tamamlayacaq. Lakin analitik ölçüsü 7,9 düym olan "iPad mini”nin taleyi barədə bir söz deməyib. Displeyinin diaqonalı 10,5 düym olan "iPad Pro” TSMC istehsalı olan 10 nanometrlik A10X prosessoru, nisbətən ucuz 9,7 düym "iPad” isə TSMC istehsalı olan A9X prosessoru ilə təchiz ediləcək.

Minq-Çi Kuo "Apple” şirkətindən "iPad” xəttində "inqilabi dəyişiklikləri” 2018-ci ildən tez gözləmir. "İnqilabi” ifadə altında dizaynda radikal dəyişiklik və AMOLED displeylərinə keçid nəzərdə tutulur.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM