Araz Ağalarovdan yeni açıqlama - YENİLƏNİB

11:20 | 25.03.2024
Araz Ağalarovdan yeni açıqlama - YENİLƏNİB

Araz Ağalarovdan yeni açıqlama - YENİLƏNİB

"Crocus Group”un prezidenti Araz Ağalarov bildirib ki, şirkət Rusiyada obyektlərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir.Bu barədə TASS məlumat yayıb.

"Terrorçuların məqsədi məhv etməkdir. Bizim missiyamız isə yaratmaq. Terror qurbanlarını yad edərək, işimizi davam etdirəcəyik”, - deyə Ağalarov bildirib.

O, vurğulayıb ki, şirkət faciənin nəticələrinin öhdəsindən gələrək, ölkəyə xidmət edən obyektlər yaratmağa davam edəcək.
 
 ***
 
"Crocus City Hall”un sahibi Araz Ağalarov ötən gün konsert zalında törədilmiş terror aktına münasibət bildirib.

O, RBK-ya açıqlamasında baş verənləri dəhşətli faciə adlandırıb:
 
"Deyildiyi kimi, son 20 ildə belə bir hadisə olmayıb. Terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar.

Avtomatlarla gördükləri hər şeyə atəş açmağa başlayıblar, bütün insanlara, mühafizəçilərə... Bir mühafizəçi həlak olub, digəri yaralıdır”.

Terror aktı nəticəsində 133 nəfər həlak olub, 107 nəfər xəsarət alıb.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM