Argentina Avstraliyaya qarşı - YENİLƏNİR

01:33 | 04.12.2022
Argentina Avstraliyaya qarşı - YENİLƏNİR

Argentina Avstraliyaya qarşı - YENİLƏNİR

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb. 
 
Komanda 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib. 
 
Komanda 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq. 
 
***

Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda ikinci qol vurulub. 
 
Cənubi Amerika təmsilçisi 57-ci dəqiqədə fərqi artırıb - 2:0. 
 
****
Argentina yığmasının heyətində Julian Alvares fərqlənib. 

 
Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab açılıb. 
 
Lionel Messi 35-ci dəqiqədə Argentina yığmasını hesabda önə keçirib. 
 
***
23:01
 
Dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyunu start götürüb.

 
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
 
***
21:52
Dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Argentina və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.
 
Komandalar meydana aşağıdakı "11-lik”lərlə çıxacaqlar.
 
Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 17. Papu Qomez, 10. Lionel Messi, 9. Julian Alvares
 
Avstraliya: 1. Metyu Rayan, 19. Harri Suttar, 4. Kay Rouls, 16. Aziz Behiç, 2. Miloş Degenek, 13. Aaron Muy, 22. Cekson İrvin, 26. Keanu Bakus, 7. Mettyu Leki, 15. Mitçell Dyuk, 14. Rayli Makqri
 
Futbol Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb