Arif Rəhimzadə Düşənbəyə gedir

17:29 | 20.05.2017
Arif Rəhimzadə Düşənbəyə gedir

Arif Rəhimzadə Düşənbəyə gedir

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB-yə üzv dövlətlərin miqrasiya orqanları rəhbərləri şurasının 20-ci toplantısında və qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə beynəlxalq konfransda iştirak etmək üçün mayın 21-də Tacikistanın paytaxtı Düşənbəyə səfər edəcək.

Milli Məclisin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqlarda MDB-yə üzv ölkələrdə miqrasiya sahəsində vəziyyət, 2015-2019-cu illərdə qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlıq proqramının icrası, region dövlətlərində miqrantlarla bağlı vahid statistik hesabatın formalaşdırılması, əmək miqrasiyası sahəsində təcrübə mübadiləsi, miqrasiya üzrə milli qanunvericilikdə dəyişikliklərin aparılması, bu istiqamətdə model qanunların təkmilləşdirilməsi barədə məsələlərə baxılacaq.

MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan haqları komissiyasının sədri Arif Rəhimzadə müzakirəyə çıxarılan məsələlər haqqında öz fikirlərini açıqlayacaq.

Səfər mayın 25-də başa çatacaq.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM