“Arsenal” Venqerə əvəz axtarır

22:51 | 26.03.2014
“Arsenal” Venqerə əvəz axtarır

“Arsenal” Venqerə əvəz axtarır

"Arsenal” futbol klubunun rəhbərliyi komandanın baş məşqçisi Arsen Venqerə əvəz axtarmağa başlayıb. Apasport.az saytının məlumatına görə, buna tərəflərin mövsümün sonunda bitən müqavilənin uzadılması ilə bağlı qeyri-müəyyənlik nümayiş etdirməsi və “Arsenal”ın son vaxtlar nümayiş etdirdiyi zəif oyun səbəb olub. Artıq 18 ildir “Arsenal”da çalışan Venqerin müqaviləsi 2014-cü ilin yayında başa çatır. Bir müddət öncə tərəflərin razılığa gəldiyi barədə məlumat yayılmışdı. Bu zaman Venqer transfer olunacaq oyunçuların seçilməsi hüququnun ona verilməsini tələb edirdi. Rəhbərlik isə transfer məsələsi ilə seleksiya qrupunun məşğul olmasına üstünlük verir. Bütün hallarda, Venqer bəyan etmişdi ki, komandaya xeyir verəcəyini hiss etdiyi təqdirdə qala bilər. Qeyd edək ki, “Arsenal” azarkeşləri artıq 9 ildir çempionluq gözləyirlər. Hazırda “topçuların” baş məşqçisi postuna bir neçə nəfərin namizədliyi gözdən keçirilir. Əsas namizədlər arasında “Everton”un baş məşqçisi Roberto Martinesin və Dortmund “Borussiya”sının baş məşqçisi Yurqen Kloppun adı çəkilir. Bundan əlavə, “Liverpul”un baş məşqçisi Brendan Rocersin və Venqerin hazırkı köməkçisi Stiv Bouldun da namizədliyi nəzərdədir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb