Artur Rasizadə hələ də komissiya sədridir

10:27 | 04.11.2019
Artur Rasizadə hələ də komissiya sədridir

Artur Rasizadə hələ də komissiya sədridir

Keçmiş Baş nazir Artur Rasizadə İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri olaraq qalır.

Oxu.Az-ın məlumatına görə, Prezident Administrasiyasının saytındakı Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmış Komissiya və Şuralar bölməsindəki siyahıda Artur Rasizadənin adı hələ də qalır.

Adıçəkilən komissiya 1999-cu ilin 11 fevralında o zamankı Prezident Heydər Əliyevin fərmanı ilə yaradılıb.

Qeyd edək ki, A.Rasizadə 1996-cı il iyulun 20-də Baş nazir postuna gətirilib.
O, 2018-ci il aprelin 21-nə qədər bu vəzifədə qalmaqla, ən uzunmüddətli Baş nazir kimi Azərbaycan tarixinə adını yazdırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM