Asim Mollazadə Braziliya rəsmiləri ilə görüşüb - FOTOLAR

11:10 | 18.03.2015
Asim Mollazadə Braziliya rəsmiləri ilə görüşüb - FOTOLAR

Asim Mollazadə Braziliya rəsmiləri ilə görüşüb - FOTOLAR

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Braziliyada səfərdədir. 

Millət vəkili səfər zamanı  Braziliyanın Elm, yüksək texnologiyalar və innovasiyalar naziri, xarici işlər nazirinin müavini, Braziliya Senatının  və Nümayəndələr Palatasının rəhbərliyi, Nümayəndələr Palatasının Xarici işlər və Müdafiə Komitələrinin sədirləri ilə görüşlər keçirib. Bu görüşlərdə Azərbaycan-Braziliya əlaqələri, parlamentlərarası münasibətlər, elm, təhsil, yüksək texnologiyalar və innovasiyalar, mədəniyyət, enerji, ticarət və digər sahələrdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. A.Mollazadə görüşdüyü şəxslərə ölkəmiz barədə ətraflı məlumat verib və sözügedən sahələrdə Azərbaycanın əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. 

Xatırladaq ki, DİP sədri daha əvvəl Latın Amerikası ölkələrindən Paraqvay, Argentina, Uruqvay və Çilidə olmuş, bu ölkələrin mühüm rəsmi şəxsləri ilə görüşlər keçirmişdi. 

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb