Asiya İnkişaf Bankı işçi axtarır – Aylıq maaş 7,2 min dollar

10:52 | 25.07.2016
Asiya İnkişaf Bankı işçi axtarır – Aylıq maaş 7,2 min dollar

Asiya İnkişaf Bankı işçi axtarır – Aylıq maaş 7,2 min dollar

Asiya İnkişaf Bankı (ADB) "Şahdəniz-2” İnvestisiya Planı çərçivəsində iqtisadiyyat və maliyyə mütəxəssisi axtarır. 

ANN.Az Report-a istinadən xəbər verir ki, 5 ay müddətində işləyəcək mütəxəssis ümumilikdə 36 min dollar əmək haqqı alacaq.

Beynəlxalq kadrlar üçün elan edilmiş iş elanı üçün sənəd qəbulu 29 iyulda bitəcək və namizədlərin qısa siyahısı avqustun 3-də elan ediləcək.

Namizədlər sənədlərini Bakı şəhəri Nizami küçəsi,1/3 ünvanındakı "Sapphire Plaza”da yerləşən "Cənub Qaz Dəhlizi” QSC-yə təqdim edə bilərlər. Sənəd qəbulu üçün məsul şəxs QSC-nin baş direktoru Əfqan İsayevdir.

Seçilmiş namizədin avqustun 15-də işə başlayacağı gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb