AST Telmanın məşhur otelinə müştəri tapıldı

11:28 | 15.03.2018
AST Telmanın məşhur otelinə müştəri tapıldı

AST Telmanın məşhur otelinə müştəri tapıldı

"Riksos Qrup" azərbaycanlı iş adamı Telman İsmayılovun Türkiyədəki oteli "Mardan Palas”ı almağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Nyusturk.ru” saytı yayıb.

"Mardan Palas”ın alınması ilə bağlı iddianı "Riksos Qrup”dan da təsdiqləyiblər. Türkiyə mətbuatına açıqlama verən şirkətin rəhbəri Fəttah Taminca hələlik danışıqların getdiyini bildirib.

Qeyd edək ki, "Mardan Palas” bundan öncə borcları ucbatından qapadılıb və "Xalq Bank”a verilib.

"Riksos Qrup” dünyanın 29 ölkəsində otellər şəbəkəsinə malikdir. Bu qrupun həmçinin Azərbaycanda da otelləri var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb