ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası başlayır

11:00 | 20.10.2015
ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası başlayır

ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası başlayır

Təşkilatda sədrlik Serbiyadan Almaniyaya keçəcək

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) növbəti iclası dekabrın 3-4-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək. "Report" ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, builki iclas Serbiya xarici işlər naziri, təşkilatın hazırkı sədri İvitsa Daçiçin dəvəti ilə baş tutacaq.

Toplantıda təşkilata sədrlik Serbiyadan Almaniyaya keçəcək.

Nazirlər Şurası ATƏT-in mərkəzi qərarverici və idarəedici orqanıdır. İldə bir dəfə ATƏT-ə üzv olan 57 ölkənin xarici işlər nazirləri ötən il ərzində təşkilatın fəaliyyətini müzakirə etmək və qiymətləndirmək üçün bir araya gəlir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb