Avroliqanın yarımfinal cütlükləri bilindi - YENİLƏNİB

15:29 | 11.04.2014
Avroliqanın yarımfinal cütlükləri bilindi - YENİLƏNİB

Avroliqanın yarımfinal cütlükləri bilindi - YENİLƏNİB

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən yarımfinalda "Sevilya" "Valensiya" ilə, "Benfika" isə "Yuventus"la qarşılaşacaq.Qeyd edək ki, 1/2 final mərhələsinin oyunları 24 aprel və 1 may tarixlərində keçiriləcək:"Sevilya" (İspaniya) - "Valensiya" (İspaniya)"Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya)ANN.Az

***

11:28

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.Çempionlar Liqasında olduğu kimi Avroliqanın da yarımfinalına vəsiqə qazanan 4 komandadan ikisi İspaniyanı təmsil edir ki, həmin klubların bu mərhələdə qarşılaşması mümkündür. Klublardan biri Portuqaliyanı, digəri isə İtaliyanı təmsil edir.Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 24 aprel və 1 may tarixlərində keçiriləcək.Yarımfinalçılar: "Benfika" (Portuqaliya), "Sevilya" (İspaniya), "Yuventus" (İtaliya) və "Valensiya" (İspaniya) ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb