Avropa Birliyi Ukraynaya yardım ayıracaq

09:58 | 07.03.2014
Avropa Birliyi Ukraynaya yardım ayıracaq

Avropa Birliyi Ukraynaya yardım ayıracaq

Avropa İttifaqında üzv dövlətlərin rəhbərlərinin sammitində Avropa Komissiyasının Ukraynaya 11 mlrd. avro məbləğində maliyyə yardımının göstərilməsinə dair təklifi dəstəklənib.APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, qeyd olunan vəsait Aİ, Avropa Yenidənqurma və İnkişaf Bankı, habelə Avropa İnvestisiya Bankının büdcəsindən ayrılacaq.    Məlumata görə, müvafiq açıqlama ilə sammitdən sonra Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu çıxış edib.   Avropa Komissiyası tərəfindən təklif olunan paketdə Aİ büdcəsindən makroiqtisadi yardım və inkişafa dəstək üçün 3 mlrd avro, kredit şəklində 1,6 mlrd avro və 1,4 mlrd avro məbləğində vəsait isə qrant kimi  ayırmaq nəzərdə tutulur.    Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı 8 mlrd avro ayırmaq niyyətindədir. “Avropa Komissiyasının Ukraynaya 11 mlrd. avro məbləğində maliyyə yardımının göstərilməsinə dair yardım paketinin təqdimatını dövlət başçılarının hamısı alqışlayıblar”, deyə o bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb