Avropa hakimlərimizi qəbul etmədi

14:11 | 16.06.2015
Avropa hakimlərimizi qəbul etmədi

Avropa hakimlərimizi qəbul etmədi

AŞPA Komitəsində Avropa Məhkəməsinə Azərbaycandan hakimliyə irəli sürülən üç namizəd kifayət qədər yaxşı kvalifikasiyalı olmadığından onların namizədlikləri qəbul edilməyib. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Xalid Bağırov sosial şəbəkədə məlumat paylaşıb. O qeyd edib ki, irəli sürülən namizədlər Avropa Məhkəməsində Azərbaycan hökumətinin nümayəndəsi Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayeva və 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Vüsalə Baxışova olub. Məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlama verən AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa bildirib ki, adları çəkilən hər üç şəxs layiqli namizədlərdir: "Sadəcə, seçim məsələsində nəzərdə tutulan əsas meyarlar hakimlərin hökumətin tabeliyində işləyib-işləməməsi, icra strukturları tərəfindən nə dərəcədə dəstəklənməsi ilə bağlıdır. Əgər hakim hakimiyyətə yaxındırsa, bu, Avropa Məhkəməsi üçün məqbul sayılmır. Onlar daha müstəqil namizədlərə önəm verirlər. O baxımdan da AŞPA bizim namizədlərin siyahısını geri çevirib. Qeyd edim ki, Çingiz Əsgərov neçə illərdir ki, bu sahədə çalışır. İndi onun namizədliyi AŞPA qəbul edilməyibsə, burada hər hansı məqsədyönlü addımlar da ola biləcəyini istisna etmirəm”. 

Onun sözlərinə görə, eyni meyarlar Ermənistanla bağlı tətbiq edilmir: "Siyahıdan keçən namizədlər tamam başqa kontekstlərdə seçilir. Həmin şəxs də Avropa Məhkəməsinə müraciət edən şəxslərin vəkili olub. Amma ona irad bildirilmir, çünki o hakim olanda özünün tərtib etdiyi işlərə baxıb”. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb