Avropa İttifaqı Azərbaycanla yeni saziş imzalamağa hazırlaşır

21:23 | 04.05.2022
Avropa İttifaqı Azərbaycanla yeni saziş imzalamağa hazırlaşır

Avropa İttifaqı Azərbaycanla yeni saziş imzalamağa hazırlaşır

Avropa İttifaqının Bakıdakı səfiri Peter Mixalko bildirib ki, Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlıq haqqında sazişin tezliklə imzalanacağına ümid edir və  tərəflər arasında danışıqlarda irəliləyişin olduğunu qeyd edir.

"Son aylar Azərbaycan və Aİ arasında hərtərəfli sazişin imzalanması üzrə işlər sürətlənib. Qarşıdakı həftələrdə də eyni məcrada davam edəcək və ümid edirik ki, danışıqlar yaxın gələcəkdə yekunlaşacaq”, -  Mixalko çərşənbə günü jurnalistlərə bildirib.

O qeyd edib ki, yeni saziş ötən əsrin 90-cı illərinin köhnəlmiş sazişini əvəz edərək Azərbaycanla Aİ arasında əməkdaşlığın bütün sahələrini əhatə edəcək.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Bakı və Brüssel 2022-ci ildə strateji tərəfdaşlıq haqqında saziş imzalaya bilər.

Daha əvvəl məlumat verilmişdi ki, yeni strateji tərəfdaşlıq sazişinin 90%-dən çoxu razılaşdırılıb. Sənəd 4 blokdan ibarətdir. Hazırda ticarət-iqtisadi hissə ilə bağlı bəzi suallar açıq qalır.

2016-cı il noyabrın 14-də Aİ Şurası Azərbaycanla yeni saziş üzrə danışıqlar aparmaq üçün Avropa Komissiyasına və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə mandat verilməsini təsdiqləyib. Yeni saziş 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq müqaviləsini əvəz edəcək.

Yeni saziş üzrə danışıqlar 2017-ci il fevralın 7-dən başlayıb.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb