Avropa İttifaqı Gürcüstan və Ukrayna üçün viza rejimini ləğv edir

18:22 | 18.12.2015
Avropa İttifaqı Gürcüstan və Ukrayna üçün viza rejimini ləğv edir

Avropa İttifaqı Gürcüstan və Ukrayna üçün viza rejimini ləğv edir

Avropa Komissiyası Gürcüstan və Ukrayna tərəfindən viza liberallaşdırılması üzrə tədbirlər planının icrasına dair hesabatları açıqlayıb.
APA-nın məlumatına görə, sənədlərdə sözügedən ölkələr haqqında müsbət rəylər yer alıb.
 
Qeyd olunur ki, Gürcüstanla Ukrayna üzərinə götürdükləri öhdəlikləri yerinə yetiriblər. Avropa Komissiyası bu ölkələrdə həyata keçirilən müvafiq prosedurların beynəlxalq standartlara cavab verdiyi qənaətindədir.
 
Avropa Komissiyasının hesabatlarında Ukrayna və Gürcüstan vətəndaşları üçün vizaların ləğvi ilə bağlı hər hansı şərt yoxdur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb