Avropa İttifaqı “Türk axını” üzrə danışıqlardan narahatdır

13:29 | 02.08.2016
Avropa İttifaqı “Türk axını” üzrə danışıqlardan narahatdır

Avropa İttifaqı “Türk axını” üzrə danışıqlardan narahatdır

"Rusiyanın Avropaya qaz nəqli üçün Ukraynanı tranzit kimi istifadə etmək məcburiyyəti aradan qalxır”.

"Türk axını” layihəsinin bərpasına dair Moskva və Ankaranın bəyanatını Avropa İttifaqı narahatlıqla qarşılayıb. Belə ki, layihənin həyata keçirilməsi Avropanın Rusiya qazından asılılığını artıracaq. 

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb. 

Onlardan birinin sözlərinə görə, "Türk axını” işə düşdükdən sonra Rusiyanın Avropaya qaz nəqli üçün Ukraynanı tranzit kimi istifadə etmək məcburiyyəti aradan qalxacaq, Xəzər regionundan qazın nəqli üçün mövcud variantların isə qarşısı alınacaq. 

"Türkiyə və Rusiyanın bərpa olunan dostluğu problemə çevrilə bilər. Belə ki, Rusiya Ukraynanı Türkiyə ilə əvəz etmək niyyətindədir”, - Avropa məmurlarından biri qeyd edib. 

O, həmçinin əlavə edib ki, Ankara Rusiyadan daha ucuz qazın nəqlində maraqlıdır, Avropa isə bir sıra narahatlıq yaradan tələblər irəli sürə bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM