Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırdı

10:32 | 08.03.2016
Avropa İttifaqı və Türkiyə  miqrasiya böhranının həlli prinsiplərini razılaşdırdı

Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırdı

Avropa İttifaqı və Türkiyə  miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva özünün "Tvitter” səhifəsində yazıb.
 
"Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının sədri Donald Tusk Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə miqrant böhranının həlli ilə bağlı əsas prinsiplərə dair razılıq əldə ediblər", - M. Andreyeva qeyd edib.
 
Bundan əvvəl Avropa İttifaqı və Türkiyə arasında miqrasiya böhranının həlli ilə əlaqədar razılığa gəlinmədiyi bildirilirdi.
 
Xatırladaq ki, Brüsseldə miqrasiya böhranı ilə bağlı növbədənkənar Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Növbəti, həlledici toplantı martın 18-ə təyin edilib.  
 
İlkin razılaşmaya əsasən, Avropada sığınacaq almayan miqrantlar Türkiyəyə qaytarılacaq. Bunun müqabilində Avropa İttifaqı Türkiyəyə pənah gətirən suriyalı qaçqınları qəbul edəcək. Razılaşma həmçinin 2018-ci ilin sonunadək  Ankaraya əlavə 3 milyard avronun ayrılmasını, Aİ ilə Türkiyə arasında viza rejiminin ləğvini və Türkiyənin İttifaqa üzvlük danışıqlarının intensivləşməsini nəzərdə tutur. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb