Avropa İttifaqının yeni sərhəd xidməti yaradılacaq

19:08 | 22.04.2016
Avropa İttifaqının yeni sərhəd xidməti yaradılacaq

Avropa İttifaqının yeni sərhəd xidməti yaradılacaq

Avropa İttifaqı Şurası yeni sərhəd və sahil mühafizə xidmətinin yaradılması qərarını təsdiqləyib. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin miqrasiya və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos bildirib.  
 
"Bu gün biz  Avropa Sərhəd və Sahil Mühafizə Agentliyinin yaradılmasına dair razılıq əldə edə bilmişik”, - deyə avrokomissar bildirib.   
 
Yeni sərhəd xidmətinin yaradılmasına dair qərar Aİ-yə üzv olan 28 dövlətin DİN rəhbərlərinin konfransı zamanı qəbul edilib.
 
Bu arada Avropa Komissiyasının büdcə və qaçqın problemləri üzrə vitse-prezident Kristalina Georgiyeva Avropada qaçqın probleminin həlli üçün əlavə 15 mlrd dollar lazım olduğunu bildirib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM