Avropa və Asiya media təşkilatlarının səkkizinci forumu Moskvada keçiriləcək

12:59 | 04.11.2015
Avropa və Asiya media təşkilatlarının səkkizinci forumu Moskvada keçiriləcək

Avropa və Asiya media təşkilatlarının səkkizinci forumu Moskvada keçiriləcək

Moskvada 10 noyabr tarixində "Rossiya segodnya” Beynəlxalq informasiya agentliyi tərəfindən Avropa və Asiya media təşkilatlarının forumu təşkil olunacaq. Bu ilki forum "Qeyristabil dünyada dayanıqlı tərəfdaşlıq” mövzusunda keçiriləcək.

Forumda keçmiş 14 postsovet ölkəsinin (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Litva, Rusiya, Tacikistan, Ukrayna, Estoniya) nüfuzlu və populyar KİV-lərinin, teleradioşırkətlərinin və internet resursalırının rəhbərləri, məşhur jurnalistlər və media ekspertlər iştirak edəcək.

Forumun əsas müzakirə mözusu keçmiş SSRİ ölkələrinin KİV-lərinin fərqli sosial və siyasi proseslər şəraitində əməkdaşlığı məsələlri olacaqdır. Tədbir iştirakçıları media və hakimiyyət arasında dialoq və Avrasiyada inteqrasiya prosesləri çərçivəsində informasiya mübadiləsi məsləlrinə xüsusi diqqət ayıracaqlar. Müasir informasiya müharibələri, onların nəticələri və informasiya kanalları vasitəsi ilə yayılan təhdidlərə qarşı mexanizmlərin axtarışı müzakirələri daha aktual edir.

Səkkizinci Avropa və Asiya media təkilatlarının forumu Rusiya mediarəhbərlərinin və tanınmış jurnalistlərinin istirakı keçırıləcək plenar iclas açacaq. Forum çərçivəsində üç mövzu üzrə ayrıca diskusiuyalar təşkil olunacaq: "Qeyristabil dünyada dayanıqlı tərəfdaşlıq”, "Avrasiya informasiya məkanı”, "Mediaindustriya: auditoriyanı və imici necə qorumalı”.

KİV nümayəndələrinin tədbirə qeydiyyatı "Rossiya segodnya” BİA-nın media mərkəzinin rəsmi saytında həyata keçirilir.

Avropa və Asiya media təşkilatlarının forumu postsovet məkanında analoqu olmayan MDB, Gürcüstan və Baltikyanı ölkələrin mütəxəssislərini media sahəsinin tendensiyaları və inkişafının proqnozlaşdırılması üzrə məsələlərinin müzakirəsi üçün təşkil edilən postsovet məkanında analoqu olmayan meydançadır.

Forum 2006-cı ildən keçirilir. Öncəki forumlar Moskva, Kiyev, Astana, Minsk şəhərlərində təşkil edilib.

2011-ci ildə Astanada keçirilən forum iştirakçılarına Rusiya və Qazaxstan prezidentləri Dmitriy Medvedevin və Nursultan Nazarbayevun müraciəti olmuşdur. Minskdə 2012-ci ildə Belarus lideri Aleksandr Lukaşenko MDB baş redaktorlar klubunun üzvləri ilə görüşmüsdür.

Bu ilki forum ənənələri davam edərək açıq dialoq və təcrübə mübadiləsi üçün imkanlar yaradacaq.

Sputnik (sputniknews.com) onlarla ölkədə multimediya və informasiya mərkəzləri işləyən beynəlxalq xəbər agentliyi və radiodur. Sputnik müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM