Avstraliyada koronavirusa yoluxma kəskin artdı: Maska tələbi qayıtdı

19:30 | 18.11.2022
Avstraliyada koronavirusa yoluxma kəskin artdı: Maska tələbi qayıtdı

Avstraliyada koronavirusa yoluxma kəskin artdı: Maska tələbi qayıtdı

Avstraliyada Yeni Cənubi Uels ştatı koronavirusa yoluxma hallarının sayının kəskin artması fonunda bəzi ictimai yerlərdə maskaların məcburi istifadəsi tələbini geri qaytarıb.

Bu barədə ştatın səhiyyə nazirinin müavini Debora Uilkoks məlumat verib.

Onun sözlərinə görə, COVID-19-a yoluxma hallarının sayında əhəmiyyətli artım qeydə alıb. Tibb müəssisələrinə gələnlərdən və bütün tibbi personaldan maska ​​taxmaları tələb olunacaq. Bundan əlavə, xəstələrin yanına gələn ziyarətçi sayının məhdudlaşdırılması istənilib.

Eyni zamanda, qocalar evlərinin, yaşlılar və əlillər üçün internat məktəblərinin bütün ziyarətçiləri və işçiləri üçün tibbi maska məcburi olacaq.

Son bir həftə ərzində ştatda 22,6 min nəfərdə xəstəlik aşkarlanıb, noyabrın ilk həftəsi ilə müqayisədə yoluxanların sayında artım 51,8 faiz təşkil edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM