Avtomobillər və qapı zənglərini birləşdirən sistem hazırlandı - YENİLİK

19:08 | 09.09.2016
Avtomobillər və qapı zənglərini birləşdirən sistem hazırlandı - YENİLİK

Avtomobillər və qapı zənglərini birləşdirən sistem hazırlandı - YENİLİK

Almaniyanın "Volkswagen” avtomobil istehsalçısı səyahətdə olan zaman poçtalyon və kuryerlərlə əlaqə saxlamağa imkan verəcək avtomobil və ev arasında yeni rabitə sistemi təqdim edib.

"ICTnews” Elektron Xəbər Xidməti "Naked Science” resursuna istinadən yazır ki, internet mağazaları və "Əşyalar interneti” texnologiyalarının populyarlığının artması getdikcə daha çox şirkəti müştərilərinə bu sahədə "ağıllı” həllər təqdim etməyə məcbur edir. "Volkswagen” şirkətinin yeni texnologiyası simsiz rabitə vasitəsilə avtomobil və evlərin qapı zənglərini birləşdirən sistemdir hətta sükan arxasında olanda kuryer və poçtalyonların gətirdiyi bağlamaları qəbul etməyə imkan verəcək. Belə ki, smartfonun köməyi ilə giriş qapısını izləmək mümkün olacaq. Sistem "ağıllı” qapı zənglərinin istehsalı ilə məşğul olan "DoorBird” şirkəti ilə əməkdaşlıqda ərsəyə gətirilib.

Alman  şirkətinin yeni avtomobilləri "DoorBird” şirkətinin qapı zəngləri ilə əlaqə qura biləcək. Qapının zəngi basılan zaman avtomobilin informasiya-əyləncə sistemi bu barədə ev sahibinə məlumat verməklə veb-kamera və mikrofon vasitəsilə evə kimin yaxınlaşmasına baxmağa və qonaqla rabitə əlaqəsi qurmağa şərait yaradacaq. Beləliklə, istifadəçi kuryer və poçtalyona sifarişin hara qoyulması ilə bağlı dəqiq göstərişlər də verə biləcək.

Gələcəkdə funksionallığının artırılması planlaşdırılan sistem qapıları qonaqlar üçün uzaq məsafədən açacaq.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb