Çavuşoğlunun ABŞ-a səfəri təxirə salındı

12:13 | 15.03.2018
Çavuşoğlunun ABŞ-a səfəri təxirə salındı

Çavuşoğlunun ABŞ-a səfəri təxirə salındı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a martın 19-na nəzərdə tutulan səfəri təxirə salınıb.

Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Səfərin təxirə salınmasına səbəb ABŞ Prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsi olub. Bu postu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo tutacaq.

M.Çavuşoğlu Birləşmiş Ştatlara səfəri çərçivəsində R.Tillersonla danışıqlar aparmalı idi. Tərəflərin ikitərəfli münasibətləri, Suriyadakı vəziyyəti, həmçinin "Zeytun budağı" əməliyyatını müzakirə edəcəyi gözlənilirdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb